10 sentyabr tarixində əslən Qardabanidən olan gənc
heykəltəraş-rəssam Rasim Həsənovun Tbilisidə "Üsyan" (Revolt) adlı
sərgisi keçiriləcək.
Sərgi Tbilisidə yerləşən Milli Qaleriyada baş tutacaq.
Heykəltəraş-rəssam Rasim Həsənovun sözlərinə görə, sərgi sentyabrın
19-a qədər davam edəcək.
"Sərgimiz sentyabrın 10-da açılacaq. Həmin günü saat
18:00-dan, 20:00-a kimi pulsuz olacaq. Digər günlərdə isə sərgiyə
giriş biletlə olacaq. Sərgidə 15 rəsm və 23 heykaldən rəsmə sintez
olunan əsərlərim nümayiş etiriləcək. Bu mənim ikinci fərdi
sərgimdir. Birinci fərdi sərgim Rustavi şəhərində keçirilmişdi və
demek olar ki, iştirakçılar tərəfindən normal
qarşılanmışdı".
Həsənovun dediyinə görə, sərgi Milli Qaleriya tərəfindən təşkil
edilib. O, çox sevinir ki, onun əsərləri Tbilisidə nümayiş
etdiriləcək.
"Mən işlərimi Milli Qaleriyaya göndərdim və tenderdə
qalib gəldim. Komisiya məni qəbul etdi. Bir neçə xərcləri özüm
ödəyəsi oldum. Bura baner və yol xərcləri daxildir. Buna baxmayaraq
çox sevincliyəm ki, mənim sərgim Milli Qaleriyada
keçiriləcək".
Gənc rəsamın sözlərinə görə, on ilə yaxındır ki, bu işlə məşğuldur.
Bu iş onun üçün çətin olsa da öhdəsindən gəlməyə çalışır.
"Gürcüstanda hər sənətlə məşğul olmağa görə, qəhrəman
mükafatı düşür. Çünki, bir çox insanları bu mühit sındıra bilir.
Cəmiyyətin dəyərləri sənətkarını dəyərləndirəndə hər şey tamamilə
fərqli olur. Bu toqquşma mübarizəsi yaradır və bu mübarizədə qalib
gəlmək üçün güclü olmalısan".
Qeyd edək ki, heykəltəraş-rəssam Rasim Həsənovun ilk sərgisi
2018-ci ildə, Rustavidə baş tutub. O, düşünür ki, onun hazırladığı
əsərlər gələcəkdə də nümayiş etdiriləcək.