"Disney+" platforması "Atatürk 1881-1919" layihəsini nümayiş etdirməkdən imtina edib
11:49 / 18.09.2023
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından
bəhs edən "Atatürk 1881-1919" layihəsini "Disney+"da yayımlanması
planlaşıdırılsa da,
Amerika Milli Erməni Komitəsinin göstərişi ilə platforma onu
nümayiş etdirməkdən imtina edib. Bundan sonra Türkiyə layihənin 29
oktyabr tarixində "Fox" kanalında, noyabrın 3-də isə kinoteatrlarda
izləyicilərə təqdim olunmasına qərar verib.
Ekran işi həmçinin "Netflix" və "Prime" platformalarında da nümayiş
olunacaq. Məlum olub ki, adıçəkilən şirkətlər baş verənlərə laqeyd
qala bilməyib və filmin yayım haqlarını alıblar. "Netflix" və
""Prime"in yaydığı açıqlamaya görə, "Atatürk 1881-1919" qlobal
miqyasda nümayiş olunacaq.