2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini işləmiş,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka
Tkeşelaşvilidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi
nailiyyət münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi
ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziyyət
çəkib, xeyli müddət yüz minlərlə vətəndaşınız öz evlərinə qayıda
bilməyib.
Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir
vaxtda Sizin liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan
suverenliyin və ərazi bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş
insanların inamı özünə qaytarılmaqla işğala son qoyula və
münaqişələrin həll edilə bilinəcəyi presedentini yarada bildi.
İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla
üzləşdikləri böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji
tərəfdaşlara həmişə dəstək olub.
Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və
rifahını təmin edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət
nümunəsi yaradan, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə
verən siyasətinizin nailiyyətlərini görmək şərəfdir.
Sizə işlərinizdə uğurlar arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm".