Bu gün, 21 fevral tarixində şair, publisist Tapdıq Yolçu dünyasını
dəyişib.
O, 1959-cu ilin 10 dekabrında Qardabani rayonunun Vaxtanqisi
kəndində anadan olub.
Şair orta təhsilini Vaxtanqisi kənd orta məktəbində alıb. 1987-ci
ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
On ilə yaxın Qardabanidə nəşr olunan "Samqori" qəzetində işləyib.
Bundan əlavə "Varlıq" qəzetinin yazarlarından biri olub.
2007-ci ildə şairin "Taleyə sual" adlı şeirlər kitabı işıq üzü
görüb.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2018-ci ildən isə
Gürcüstan Yazıçılar Birliyinin üzvüdür.