Marneuli meriyası 2 zibil daşıyan maşınını 792 360 lariyə alıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2 zibil daşıyan maşın alıb. Marneuli meriyası zibil daşıyan maşınları tender çərçivəsində “GT Group” MMC-dən alıb.

Marneuli meriyası 2 zibil daşıyan maşına 792 360 lari ödəyib. Hər bir maşının dəyəri 396 180 laridir. Müqaviləyə görə, zibil daşıyan maşınların zəmanət müddəti 1 il, ancaq zibil konteynerini qaldıran hidravlik mexanizmə 2 ildir.

“Təchizatçı təhvil
verdiyi obyektin keyfiyyətinin müqavilədə nəzərdə tutulmuş şərtlərə cavab verməsi və alıcının tələblərini qane edəcəyi ilə bağlı öhdəlik daşıyır.

1 il zibil daşıyana 1 il, əsas aqreqatlara (mühərrik, körpülər) və zibil konteynerlərini qaldıran hidravlik mexanizmə 2 il və ya 200 000 kilometr (hansı daha tez gəlsə). Zəmanət köhnəlmiş hissələrə (məsələn: yağ, filtrlər, şüşə təmizləyən fırçalara) şamil edilmir”,
– Zibil maşınlarının alınması ilə bağlı müqavilədə qeyd olunub.

Marneuli meriyası və “GT Group” MMC arasında bağlanmış müqaviləyə əsasən, şirkət müqavilə bağlandıqdan 280 gün ərzində zibil daşıyan maşınlarını meriyaya təhvil verməlidir. Marneuli meriyası şirkətlə müqaviləni 19 sentyabr tarixində bağlayıb.

Print Email
FaceBook Twitter Google