Ağkörpü daxili yollarının bərpası üçün tender baş tutmayıb
Marneuli bələdiyyəsinin Ağkörpü kəndinin daxili yollarının bərpa işləri üçün elan edilmiş tender baş tutmayıb.

Marneuli meriyası Ağkörpüdə yol salınmasını 268 132 lariyə planlaşdırırdı. Özünüidarənin yeni tenderi nə zaman elan edəcəyi məlum deyil. Tender sənədlərinə görə, daxili yollarda qeyd olunan işlər həyata keçirilməli idi:

“Yolun bərpası və möhkəmləndirilməsi, yol kənarlarının qalıqlardan təmizlənməsi. Hərəkət hissəsindəki palçıq qarışımlı çınqıllı örtüyün götürülməsi”.

Ağkörpüdə daxili yolların çəkilməsi üçün vəsaitin 95%-i dövlət büdcəsindən, 5% isə yerli özünüidarə tərəfindən maliyyələşdirilir.

Print Email
FaceBook Twitter Google