Təzəkənd əhalisi kəndə dəstək toplantısında yola çınqıl tökülməsini dəstəkləyiblər
Bu gün, 12 fevral tarixində Marneuli bələdiyyəsində kəndə dəstək proqramı çərçivəsində kənd toplantılarına başlanılıb. Ümumi toplantı bu gün Təzəkənddə də keçirilib.

Marneuli meriyasının nümayəndələri “Marneuli” radiosuna bildiriblər ki, iclasın leqitimliyi üçün əhalinin yetərli sayda imzası toplanıb.

Təzəkənd əhalisi toplantıda iki məsələni irəli sürüb. Onlardan biri kənddə daxili yollara çınqıl tökülməsi, digəri isə küçə işıqlarının qurulmasıdır.

Meriya ilə məsələnin müzakirəsi zamanı əhali kənddə yollara çınqıl tökülməsini dəstəkləyiblər.

Təzəkənd üçün kəndə dəstək proqramı çərçivəsində 20 000 lari ayrılıb.

Kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər bu gün, 12 fevral tarixində Algeti və Sabirkənddə də keçirilir.

Print Email
FaceBook Twitter Google