Algetidə kənd toplantısında qadınlar iştirak etməyiblər
Bu gün, 12 fevral tarixində Marneuli bələdiyyəsində kəndə dəstək proqramı çərçivəsində kənd toplantılarına başlanılıb. Saat 13:00-da Algeti kəndində kənd toplantısı baş tutub, ancaq toplantıda yalnız kişilər iştirak ediblər.

Marneuli meriyasının nümayəndəsinin “Marneuli” radiosuna bildirdiyinə görə, iclasın legitimliyi üçün kifayət edəcək sayda imza toplanıb.

Algeti əhalisi kənd toplantısında küçə işıqlandırmasının qurulmasını dəstəkləyib. Qeyd edək ki, 2023-cü ildə Algetdi əhalisi bu il olduğu kimi kənddə küçə işıqlarının qurulmasını tələb etmişdi. 2023-cü ildə kəndin bir hissəsində kəndə dəstək proqramı çərçivəsində küçə işıqları qurulub.

İclasda küçə işıqları məsələsi ilə yanaşı içməli və suvarma suyu problemləri də qaldırılıb. Sakinlər tramplilərin qoyulmasını tələb ediblər. Bununla bağlı meriyanın nümayəndələri əhaliyə bildirib ki, bu il kəndə dəstək proqramı çərçivəsində küçə işıqları qurulacaq. Onlar üçün prioritet olan digər problemlərin həlli məqsədilə əhali meriyaya müraciət etməlidir və onlara vəd veriblər ki, bu problemlərin həllində də köməklik göstərəcəklər.

Algeti kəndi üçün kəndə dəstək proqramı çərçivəsində 20 000 lari ayrılıb.

Kəndə dəstək proqramı çərçivəsində əhali ilə görüşlər bu gün, 12 fevral tarixində Təzəkənd və Sabirkənddə də keçirilir.

Print Email
FaceBook Twitter Google