“Rus qanununa” görə, Marneuli meriyası mediadan və qeyri-hökumət təşkilatlarından şəffaflıq tələb edir, lakin özü məlumat vermir.
2023-cü ildən bu günə qədər “Marneuli” radiosu Marneuli meriyasından 10 ictimai məlumata cavab ala bilməyib. 2023-cü ildən bu günə kimi ezamiyyətlərə nə qədər lari xərcləndiyi, Marneuli bazarının ətrafının 15 il müddətinə kimə və nə üçün verildiyi, bərpa işlərinin niyə aparılmadığına meriya cavab verməyib. Eyvanın uçması nəticəsində 2 qadının öldüyü Nərimanov 1 ünvanında yerləşən korpusda bərpa işləri
niyə aparılmır, 6500 lariyə kimə süfrə açıblar, Marneulidə neçə kənd içməli və suvarma suyu ilə təmin olunub, neçə nəfər müqavilə əsasında və ya ştatla Marneuli meriyasında, Bələdiyyə Məclisində işlə təmin olunub və s. Marneuli meriyası həmçinin, 2023-cü il ərzində media qurumlarına onların məlumatlarını yaymaq üçün nə qədər lari xərclədiyi barədə bizə məlumat göndərməyib və bizə yazıb ki, Alqı-Satqılar üzrə Dövlət Agentiyinin saytında və meriyanın 2024-cü il büdcəsində buna baxa bilərik.

Qeyd edək ki, Marneuli meri Kənan Ömərov “Marneuli” radiosuna şərh verməkdən imtina edir. Seçiləndən sonra onunla bələdiyyənin əhalisini maraqlandıran infrastruktur layihələri, sosial paketlər, gələcək planlar və s. mövzularda danışmaq imkanımız olmayıb.

“Kvemo Kartli Mediası” ictimai məlumat məsələsi ilə bağlı birinci instansiya məhkəməsi mübahisəsində Marneuli meriyasına qalib gəlib. Xüsusilə, təşkilat daxili audit hesabatlarını və Marneuli meriyasının tövsiyələrini tələb edib. Həmin prosesdə ilk növbədə qeyri-hökumət təşkilatı bələdiyyə qalib gəlib, lakin media qurumunun bildirdiyinə görə, meriya hələ də onlara ictimai məlumat verməyib.

“Gürcü Arzusu” növbəti dəfə “Rus qanununu” irəli sürdükdən sonra yerli özünüidarə nümayəndələri “Rus qanununun” əslində şəffaflıq üçün zəruri olması haqda hekayələr yayır və “şəffaflıq istədikləri” haqqında paylaşımlar edirlər. Marneuli yerli özünüidarə orqanlarının əməkdaşları onsuz da şəffaf olan həmin təşkilatlardan şəffaflıq tələb edir və bir çox hallarda ictimaiyyətə məlumat vermirlər.

Yerli özünüidarə indeksinin 2023-cü il göstəriciləri ilə Marneuli meriyası bələdiyyələr arasında ən aşağı göstəriciyə malikdir.

Özünüidarə orqanlarının şəffaflığını müəyyən edən yeni faizə görə, Poti ölkədə lider bələdiyyədir. Marneuli 24%-lə 49-cu yerdədir. 2022-ci ilin məlumatına görə, Marneuli 43 yerdə 22 faizlə təmsil olunmuşdu.

Qiymətləndirməyə görə, şəffaflıq baxımından Marneuli Kvemo Kartlinin Bolnisi (43%), Qardabani (35%), Dmanisi (28%), Tetritskaro (25%) kimi bələdiyyələrindən geri qalır.

Marneuli bələdiyyəsinin timsalında ictimai məlumatların əlçatanlığı, vətəndaşların büdcə tərtibatında iştirakı, bələdiyyənin illik hesabatlarının təqdim edilməsi, bələdiyyənin inzibati xərcləri haqqında məlumat, audit hesabatı, bələdiyyə üzvlərinin fəaliyyət hesabatlarının dinlənilməsi hələ də problem olaraq qalır.

Avropa və Amerika tərəfdaşları tərəfindən maliyyələşdirilən media və QHT qrantları şəffafdır və onlara təşkilatların veb-səhifəsində baxmaq olar. Marneuli meriyası “Marneuli” radiosundan şəffaflıq tələb edir və bizim audit nəticələrimiz, illik hesabatlarımız hər kəs üçün açıqdır. Marneulifm.ge-yə daxil olduqdan sonra audit və hesabatları tapa biləcəyiniz "haqqımızda" bölməsini seçə bilərsiniz.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
«« Noyabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1