İyulun 14-ü axşam Bakıda Azərbaycan ordusuna dəstək aksiyası
keçirilib.
Prezident Administrasiyası yanından başlayan yürüş zamanı bir neçə
min gənc əllərində Azərbaycan bayraqları tutaraq: "Baş Komandan,
səfərbərlik elan et", "İrəli, əsgər!", "Qarabağ bizimdir" və s.
kimi şüarlar səsləndiriblər.
Mətbuatda yayılan məlumatlara görə, icazəsiz yürüş zamanı
etirazçıları yürüşə müdaxilə etməyən polis qrupları izləyib.
Ermənistan və Azərbaycanın yaydığı son rəsmi məlumatlara görə,
yenidən başlayan münaqişə hər iki tərəfdən ən azı 16 nəfərin
ölümünə səbəb olub.
Qeyd edək ki, qarşıdurma 12 iyul bazar günü yenidən başlayıb.
Azərbaycana tərəfinin verdiyi məlumata görə, vəziyyətin
gərginləşməsi səbəbindən bu günə qədər 11 əsgər və bir mülki şəxs
dünyasını dəyişib, Ermənistan tərəfi isə 4 əsgərinin öldüyünü
bildirir.
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri bir-birini mütəmadi olaraq
atəşkəs sazişini pozmaqda ittiham edirlər. Bu dəfə Qarabağdan çox
uzaqda yerləşən Ermənistan-Azərbaycan sərhəddində, Tavuş/Tovuz
əyalətində nisbətən geniş miqyaslı qarşıdurma gedir.
Vəziyyətin gərginləşməsindən bir neçə gün əvvəl Azərbaycan
Prezidenti İlham Əliyev Qarabağla bağlı danışıqlardan mümkün
çıxmaqla hədələdi və bununla da "münaqişənin hərbi yolla həlli
yoxdur" fikrini rədd etdi – bu mövqeyi Ermənistanın Baş naziri
Nikol Paşinyan tez-tez səsləndirir.
Cənubi Qafqazın iki ölkəsi arasında Dağlıq Qarabağ münaqişəsi
1988-ci ildə başlayıb.
Qeyd edək ki, tərəflər 1994-cü ildə atəşkəs imzalayıblar, lakin
beynəlxalq təşkilatların himayəsi ilə iki ölkə arasında aparılan
danışıqlar hələ də uğursuz hesab olunur. Hər iki tərəf daim
bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.
Mənbə:
Netgazeti