"Gürcü Arzusu - Demokratik Gürcüstan" siyasi birliyi bu gün ölkə
daxilində majoritar namizədlərinin adlarını açıqlayacaq və 2020-ci
il parlament seçkiləri üçün kampaniyaya başlayacaq.
Tədbir Kocoridə səhər saat 11:00-da keçiriləcək.
Məlumat üçün bildirək ki, bu gün partiyanın mərkəzi aparatında
siyasi şuranın iclası keçirilib. İclasda Siyasi Şura Gürcüstan
daxilində majoritar millət vəkili namizədlərinin siyahısını
təsdiqləyib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə keçiriləcək parlament
seçkiləri 120/30 seçki sistemi ilə keçiriləcək, onlardan 30-u
majoritar sistem, 120-si isə proporsional sistemlə
seçiləcəkdir.