Marneulili sakinlər Bidzina İvanişvilinin siyasətdən getməsi ilə bağlı nə düşünürlər
Bu gün, 11 yanvar tarixində “Gürcü Arzusu-Demokratik Gürcüstan”-ın sədri Bidzina İvanişvili bəyanat yayımlayıb.
O, yazısında siyasətdən getdiyini qeyd edib. Bəyanatda qeyd olunduğuna görə, İvanişvili hesab edir ki, onun missiyası yerinə yetirilib və 2011-ci ildəki şəxsi həyat tərzinə qayıdır. Bidzina İvanişvilinin “Gürcü Arzusu”-ndan və siyasətdən getməsi barədə bəyanatına bu gün müxalifət partiyaları da münasibət bildirib.

Onların bir qismi bəyanatın yalan olduğunu deyib. “Marneuli” radiosu sorğu keçirdi və yerli sakinlərdən hakim partiyanın liderinin qərarı ilə bağlı nə düşündüklərini soruşdu.



Qeyd edək ki, “Gürcü Arzusu”-nun sədri vəzifəsinə İrakli Kobaxidze təqdim olunub. O, partiyada icraçı katib vəzifəsini tutur. Bu barədə partiyanın Baş katibi Kaxa Kaladze “Gürcü Arzusu”-nun siyasi şurasının toplantısından sonra bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər