Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib.
Ankaranın Esenboğa hava limanında dövlət başçısını və birinci xanım
Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri
Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşıladılar.