Ermənistan və Azərbaycanın xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcəklər
Qafqaz ölkələrinin liderləri Almaniya kansleri Olaf Şolzla Münhendə görüşdən sonra bildiriblər ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sərhədləri müəyyən etmək və sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün tezliklə görüşəcəklər.

Azərbaycanın APA xəbər agentliyinin fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevə istinadən verdiyi məlumata görə, tarix dəqiqləşdirilməsə də, xarici işlər naziri Ceyhun Bayramov "tezliklə" erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətninin sonrakı müzakirəsi və razılaşdırılmasından gedir.

Print Email
FaceBook Twitter Google