Biz bütün artilleriyamızı Ukraynaya vermək qərarına gəldik

Danimarkanın baş naziri Mette Frederiksen ölkənin bütün artilleriyasını Ukraynaya təhvil

verməyi qərara aldığını açıqlayıb. Frederiksen bu barədə təhlükəsizlik məsələləri üzrə konfransın keçirildiyi Münhendə məlumat verib.

“Ancaq Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Bütün artilleriyamızı Ukraynaya vermək qərarına gəldik. Ona görə bağışlayın, dostlar, Avropada hərbi texnika var, bu, təkcə istehsal məsələsi deyil. Bizim hələ istifadə etmədiyimiz silahlar, sursatlar, hava hücumundan müdafiə sistemləri var, onları Ukraynaya təhvil verməliyik”, – Danimarkanın baş naziri bildirib.

Münhen Təhlükəsizlik Konfransı fevralın 16-da başlayıb və bu gün başa çatacaq.

 

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google