"Bu, bizim funksiyalarımıza daxil deyil" - cəsədin Navalnının ailəsinə təhvil verilməsi tələbinə Kremlin cavabı

 

Kremlin spikeri Dmitri Peskov mətbuat konfransında bildirib ki, Aleksey Navalnının cəsədini yaxınlarına təhvil vermək onların səlahiyyətində deyil.

 



"Xeyr, bu sualın bizə aidiyyatı yoxdur. Biz bu işlə məşğul deyilik. Bu, prezident administrasiyasının funksiyalarına daxil deyil", - İnterfaks-ın məlumatına görə, Peskov bildirib.

Peskov iddia edir ki, Aleksey Navalnının ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır və bütün “lazımi tədbirlər” görülür.

“Lakin bu araşdırmanın nəticələri dərc olunmayıb və ona görə də məlum deyil”, - dedi Peskov.

Bundan əlavə, Peskov Vladimir Putinin Navalnının ölüm xəbərini eşidəndə reaksiyasının nə olduğunu deməkdən imtina edib.

Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da həbsxanada dünyasını dəyişib. İndiyə qədər onun cəsədinin harada olduğu məlum deyil.

Mənbə: Tabula



 

Print Email
FaceBook Twitter Google