Jozep Borrel - Gürcüstanın yeni baş nazirinə əsas mesaj onları Avropa yolunda işləməyə davam etməyə çağırmaq olacaq
Sabah biz Gürcüstanın baş naziri ilə görüşəcəyik və əsas mesaj onları Avropa yolu ilə işləməyə davam etməyə çağırmaq olacaq, - deyə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə xarici işlər nazirlərinin görüşündə gürcü jurnalistlərə bildirib.

Jozep Borrel bu barədə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə sabahkı görüşdə Avropa İttifaqının əsas mesajının nə olacağı sualını cavablandırarkən bildirib.

“Sabah baş nazirinizlə görüşəcəyik. Əsas mesaj onları Avropa yolunda işləməyə davam etməyə çağırmaq olacaq. Onlar yaxşı işləyirlər və gürcü icmasından güclü dəstək var. Bu, Gürcüstan üçün yaxşı məqamdır”, - deyə Jozep Borrel bildirib.

Print Email
FaceBook Twitter Google