Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldə keçirdiyi mətbuat
konfransında bildirib ki,
2030-cu ildə Gürcüstan Aİ üzvlüyünə digər namizəd ölkələrdən daha
çox hazır olacaq.
Kobaxidzenin qeyd etdiyi kimi, bu, Gürcüstanın iddialı
planıdır.
“Bir şeyi deyə bilərik: bizim Gürcüstanın Avropa
İttifaqına inteqrasiyası ilə bağlı iddialı planlarımız var. 2030-cu
ildə - Avropa Şurasının prezidenti Mişel tərəfindən [genişlənmə ili
kimi] təyin olunmuş il - Gürcüstan Aİ üzvlüyünə digər namizəd
ölkədən daha çox hazır olacaq. Bu, bizim iddialı planımızdır, bu,
bizim ambisiyamızdır və biz islahatlar gündəliyinə, Avropa
İttifaqına üzvlük istiqamətində atılacaq addımlara çox sadiqik.
Ümid edirik ki, ən azı 2030-cu ilə qədər Gürcüstan Avropa
İttifaqının tamhüquqlu üzvü olacaq”, - Kobaxidze
bildirib.