Gürcüstan Baş naziri Avropa Parlamentinin rəhbəri ilə inteqrasiya prosesini müzakirə edib
Avropa Parlamentinin rəhbəri Roberta Metsola və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Brüsseldə danışıqlar zamanı ölkənin Avropaya inteqrasiya prosesini müzakirə ediblər.

İ.Kobaxidze Gürcüstana namizəd statusunun verilməsinin vacibliyini qeyd edərək, Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində gələcək irəliləyişlərə nail olmaq üçün fəaliyyətini davam etdirdiyini vurğulayıb. Bu məsələdə Avropa Parlamentinin rolunu və dəstəyini qeyd edib.

Bildirilib ki, tərəflər regionda və dünyada təhlükəsizlik və sabitlik məsələsini müzakirə ediblər.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google