Stoltenberq: Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır
Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır və alyans Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

Bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Stoltenberq Rusiyanı Gürcüstan ərazilərindəki qondarma qurumları müstəqil dövlət kimi tanımasını geri çəkməyə çağırıb.

“Rusiya tərəfindən Gürcüstanın işğal altındakı ərazilərinin anneksiyasına dair istənilən təhdid qəbuledilməzdir”, - Stoltenberq vurğulayıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google