“Putin Navalnını rusiyalı Saakaşvili adlandırırdı” - Mixeil Saakaşvili
Mixeil Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin rusiyalı müxalifətçi Aleksey Navalnını “rus Saakaşvili” adlandırırmış.

Gürcüstanın eks-prezidenti məhkəmə prosesində iştirak edərkən deyib ki, Putinin fikrincə, onun “bir nömrəli düşməni Navalnı və Saakaşvili olub”, eks-prezidentin sözlərinə görə, Putin onlardan “birindən xilas olub, digəri isə əlindədir".

“Ondan əvvəl Politkoskaya, Nemtsov və indi Navalnı öldürülüb. Putin məni bir yerdə asmaq istədiyini açıq şəkildə bildirdi, Putin məni həbsxanaya salmaqla və fiziki məhv etməklə hədələdi.

Putin Navalnı haqqında danışanda dedi ki, o, rusiyalı Saakaşvilidir. O, soyadını qeyd etməyib. Onun bir nömrəli düşmənləri Zelenski [Putinin düşməni] olmamışdan əvvəl Putin demişdi ki, Saakaşvili və Navalnı onun bir nömrəli düşmənləridir. Bir düşməndən qurtulub, o biri əlindədir.

Gürcüstanın penitensiar sistemi ilə bağlı hər şeyə əvvəldən axıra qədər Rusiya xüsusi xidmət orqanları nəzarət edir. Bunu hamımız yaxşı bilirik. Mən düşmən torpağında canım üçün döyüşəcəm, sənin üçün döyüşəcəm”,
- deyə eks-prezident bildirib.

Saakaşvili həmçinin qeyd edib ki, onun Navalnı ilə yazışmaları olub və bu yazışmalar zamanı rusiyalı müxalifətçi 2008-ci ildə verdiyi bəyanatlara görə üzr istəyib.

Saakaşvili ilə yazışmalarında Aleksey Navalnı 2008-ci ildə "Gürcüstan haqqında təhqiredici yazılar yazdığına" görə üzr istəyib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google