Kaladze: Qaribaşvilinin, Kobaxidzenin kadrları deyə bir yoxdur - “Gürcü arzusu”nun kadrları var
“Qaribaşvili, Kaladze, Kobaxidzenin kadrları deyə bir şey yoxdur, “Gürcü Arzusu”nun kadrları var”, - Tbilisi meri Kaxa Kaladze jurnalistin “Qaribaşvilinin hökumət administrasiyasında kadrların təmizlənməsinəmi başlanılıb?”, sualına cavabında bildirib.

“Bu, tam cəfəngiyyatdır. Qaribaşvili, Kaladze, Kobaxidze, Petre, Pavlenin kadrları yoxdur, “Gürcü arzusu”nun kadrları var. Biz Gürcü Arzusu - Demokratik
Gürcüstan adlı bir komandayıq”,
- Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, hökumət dəyişiklikləri “normal prosesdir” və “İrakli Kobaxidze kabinetdə və hökumətdə nə edilməli olduğunu ən yaxşı bilir”.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google