Baş nazir İrakli Kobaxidzenin sərəncamı ilə Leri Barnabişvili
maliyyə nazirinin müavini təyin edilib.
Leri Barnabişvili indiyədək Hökumət Administrasiyasının Regionlarla
Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub.
Hökumət administrasiyasından verilən məlumata görə, o, Maliyyə
Nazirliyi sistemində, o cümlədən 2015-2020-ci illərdə maliyyə
nazirinin müavini vəzifəsində çalışmaqla 20 illik
təcrübəyə
malikdir.
İrakli Kobaxidze martın 5-də bildirib ki, hökumət
administrasiyasında vakant olan vəzifələr, eləcə də səhiyyə naziri
postu həftənin sonuna kimi doldurulacaq.