Hakim Mikautadzeyə anası 50 min dollar hədiyyə verib
Gürcüstan Ali Məhkəməsinin hakiminin anası 50 min dollar, təxminən 130 min lari verib. Bu barədə Qiorqi Mikautidze fevralın 29-da doldurulmuş yeni bəyannamədə yazıb.

Mikautadze ailəsinin Tsavkisdə, Ambrolauri bələdiyyəsində torpaq sahələri və Tbilisidə (Vake) 248 kv.m mənzil və qarajlar var.


Mikautidzenin anası 2022-ci ildə də pul hədiyyə edib - 2023-cü ildəkindən iki dəfə çox (100 min
dollar).

Valideyndən vaxtında külli miqdarda pul almaq ev tikintisinin başlanması ilə üst-üstə düşür. Bəyannaməyə əsasən, 2022-2023-cü illərdə bu məqsədlə artıq 710,5 min lari xərclənib.

Qiorqi Mikautidze mətbuat xidmətinin əməkdaşının köməyi ilə anası Darecan Tavartkiladzenin 2023-cü ilin aprelində verdiyi bildirişi “Azadlıq” radiosuna təqdim edib. Həmin sənədə əsasən, hakimin anası 2019-cu il fevralın 4-dən “Baxtrion” ASC-də işləyir və ay ərzində 22 min laridən çox gəlir əldə edir.


Qiorqi Mikautidze məhkəmədə işləməyə əvvəlki hakimiyyət dövründə başlayıb. 2010-cu ildə Ali Məhkəmədə İnzibati İşlər Palatasının katibliyinin rəhbəri olub.
  • 2012-2019-cu illərdə Tbilisi Şəhər Məhkəməsinin hakimi olub;
  • 2017-2020-ci illərdə Gürcüstan Ali Ədliyyə Şurasının üzvü olub;
  • 2019-cu ilin dekabr ayından ömürlük Gürcüstan Ali Məhkəməsinin hakimi olub.
Ədliyyə məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları Qiorqi Mikautidzeni “məhkəmə klanı”nın üzvü adlandırırlar. Onun Ali Məhkəməyə təyinatı da bununla bağlı olub.

Mikautadzenin həyat yoldaşı Maya Kvirikaşvili də hakimdir. O, 2018-ci ildən Tbilisi Şəhər Məhkəməsində işləyir - əri Ali Ədliyyə Şurasında çalışarkən Maya Kvirikaşvili hakim təyin edilib. İllər əvvəl o, prokurorluğun əməkdaşı olub.


Ötən il Qiorqi Mikautidzenin məhkəmədəki maaşı 134 911 lari, Maya Kvirikaşvilininki isə 85 513 lari olub.

Print Email
FaceBook Twitter Google