Ramil Usubov Vaxtanq Qomelauri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda
cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.

Görüşün sonunda Vaxtanq Qomelauri azərbaycanlı həmkarına səmərəli əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google