Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana
səfərə gedəcək.
Məlumatı Gürcüstan Hökuməti yayıb.
Bildirilib ki, Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı
həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər
keçirəcək.
Hökumət başçısı həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla
da görüşəcək.
Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı
inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya
Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət
administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.