Kobaxidze Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir
Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc birgəyaşayışı qətiyyətlə dəstəkləyir.

Bunu İrəvanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanla görüşündən sonra mətbuata birgə açıqlamasında deyib.

O, Azərbaycanla Ermənistan arasında sülh prosesinin pozitiv dinamikasının qalacağına, həmçinin bu prosesin sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

"Biz regionda gedən proseslərlə bağlı ətraflı söhbət etdik, regionumuzun üzləşdiyi problemlərin həllində birgə səylərimizin vacibliyini vurğuladıq. Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikasını qoruyacaq və nəticədə müvafiq razılaşma imzalanacaq. Gürcüstan regionumuzda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı proseslərdə öz müsbət rolunu oynamağa hazırdır”, - Kobaxidze deyib.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google