Gürcüstan və Ermənistanın baş nazirləri Gürcüstanın Ermənistan
Respublikasındakı səfirliyinin yeni binasının açılışını ediblər.
Bu barədə məlumatı Gürcüstan hökuməti yayır.
Məlumatda, Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Qiorqi Şarvaşidzenin İrakli Kobaxidze və Nikol
Paşinyanı qəbul etdiyi deyilir.
“Gürcüstan tərəfi binanı 2024-cü ildə alıb. İlk dəfə
ölkənin Ermənistan Respublikasında binasının Gürcüstana məxsus
olduğu səfirliyi var. O, digər diplomatik missiyaların
nümayəndəliklərinin yerləşdiyi şəhərin mərkəzi hissəsində yerləşir
və vətəndaşların qəbulu, ofis, konfrans otaqlarını əhatə edir.
Binanın təşkilində dizayn zamanı etnik və mədəni elementlər nəzərə
alınıb. Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin yeni
binası Gürcüstana məxsus olan 15-ci binadır” –
məlumatda deyilir.