Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili məhkəmədə distant
iştirak edərkən, onun sözlərinə görə,
Milli Hərəkatın qələbə platforması ilə birlikdə seçkilərdə qalib
gəldikdən sonra etmək niyyətində olduğu məsələlərdən danışıb.
“Seçkilərdəki qələbəmizdən sonra nələrin baş verəcəyi
barədə danışmaq istəyirəm – çünki qələbəyə qətiyyən şübhəm
yoxdur.
1. İlk qəbul edəcəyimiz qanun pensiya kreditlərinin ləğvi olacaq.
Çünki pensiya kreditləri sistemi qeyri-insanidir. Biz buna tamamilə
məhəl qoymayacağıq.
2. İkinci qanun gürcülərin geri qayıtmasını asanlaşdırmaq
olacaq.
3. Biznesin stimullaşdırılması fondu olacaq. Kiçik biznesin
yaradılmasına şərait yaradacağıq. İnsanların 2000, 3000 və 5000
lari gəliri olmalıdır.
4. Bütün valyutalardan elə istifadə edilməlidir ki, üst-üstə
düşmələr və daimi spekulyasiyalar olmasın.
5. İndi kəndlilər öz torpaqlarında deyil, başqalarının
torpaqlarında işləyirlər. Qəbul edəcəyimiz növbəti qanun o olacaq
ki, dövlətə məxsus olan bütün torpaqlar xüsusi mülkiyyətə keçəcək
və kəndlilərə onların geri alınması üçün güzəştli şərtlər
yaradılacaq. Kənd təsərrüfatı kreditləri üzrə faizlər 0-a
enəcək.
6. Növbəti qanun amnistiya olacaq. Bu, Saakaşvili üçün edilmir.
Hakimlər, siz bir adamı oğurluq və soyğunçuluğa görə mühakimə
edəndə [...] Mənim prezidentliyim başa çatdıqdan sonra yoxsulluq
ikiqat artdığı kimi, cinayət də ikiqat artıb. Biz bu insanlara yeni
həyata başlamaq şansı verməliyik. Milyonları oğurlayana heç kim
toxunmur.
7. Mərkəzsizləşdirmə lazımdır. Növbəti qanun o olacaq ki, bütün
gəlirlərin 80%-i yerdə qalacaq”, - Saakaşvili
bildirib.
Saakaşvili deyir ki, “belə davam etsə, kiçik partiyalar 5%-lik
baryeri keçə bilməyəcək və buna görə də qələbə platforması
təkbaşına mübarizə aparmalı və qalib gəlməli olacaq.