Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, milli
komandanın oyunçularından başqa,
bütün məşqçilər korpusu və federasiya rəhbərliyi “Şərəf” ordeni ilə
təltif olunacaq. O, bu barədə hökumətin dünən keçirilən iclasında
danışıb.
“Dünən biz parlamentin sədri Şalva Papuaşvili ilə birgə
qərar qəbul etdik ki, qürurverici komandamızın üzvləri bütün milli
komanda üçün fəxri fərmanlarla təltif olunsun. Dəqiqləşdirmək
istərdim ki, final matçlarına çağırılan 26 futbolçu
mükafatlandırılacaq. Onların hər birini “Şərəf” ordeni alması
münasibətilə təbrik edirəm.
Həmçinin, bütün məşqçilər korpusuna və Federasiya rəhbərliyinə
“Şərəf” ordeni təqdim olunacaq. Bunlar həqiqətən layiqli
insanlardır və bu, onların ölkədən və dövlətdən ala biləcəkləri
minimum qiymətdir. Sizi bir daha təbrik etmək, futbolçularımızı,
milli komandamızı, federasiyanı təbrik etmək istəyirəm və əminəm
ki, qarşıda böyük qələbələr, uğurlar gözləyir. Ən əsası, millimizə
Avropa çempionatında uğurlar arzulayıram”, - deyə baş
nazir bildirib.