Gürcüstanda xarici agentlərlə bağlı qanunun "rus layihəsi" hesab edilməsi absurddur – Dmitri Peskov
Gürcüstan müxalifətinin xarici agentlərlə bağlı qanunu "rus layihəsi" hesab etməsi absurddur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, ölkəsinin Gürcüstan müxalifətinin xarici agentlər haqqında qanun layihəsinə kəskin reaksiyasını gördüyünü, lakin bunu "rus layihəsi" kimi təqdim etmək cəhdlərini absurd hesab etdiyini söyləyib.

Peskov qeyd edib ki, xarici agentlərlə bağlı qanunların tətbiqi normal dünya təcrübəsidir, heç bir dövlət onun daxili siyasətinə qarışılmasını istəmir.

"Gürcüstan bizim qonşumuzdur, bu ölkədə sabitlik və vəziyyətin proqnozlaşdırılması Rusiyanın maraqlarına uyğundur", - deyə Kremlin sözçüsü vurğulayıb.
Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google