Səfirlik: ABŞ bütün gürcülərin ölkənin Aİ arzularını irəlilətmək səylərini dəstəkləyir
Amerika səfirliyindən verilən məlumata görə, səfir Robin Duniqan “Sosial Ədalət Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbərliyi ilə görüşüb və onların qanunun aliliyi, ətraf mühitin mühafizəsi, demokratiya və bərabərliyin təşviqi sahəsində fəaliyyəti barədə məlumat alıb.

Səfirliyin məlumatına görə, Gürcüstanın aktiv vətəndaş cəmiyyəti ölkənin Avroatlantik yolunda mühüm rol oynayır.

“Səfir Dunniqan Sosial Ədalət Mərkəzinin rəhbərliyi ilə görüşüb və onların qanunun aliliyinin təşviqi, ətraf mühitin mühafizəsi, demokratiya və bərabərliyin təbliği sahəsində gördüyü işləri dinləyib. Gürcüstanın fəal vətəndaş cəmiyyəti ölkənin Avro-Atlantik yolunda mühüm rol oynayır. Birləşmiş Ştatlar bütün gürcülərin ölkənin Avropa İttifaqına doğru istəklərini irəlilətmək səylərini dəstəkləyir”,
- səfirlikdən bildiriblər.

“Gürcü arzusu” da Rusiya hökuməti kimi vətəndaş təşkilatlarına və müstəqil KİV-lərə qarşı qanun qəbul etmək niyyətindədir.

Məqsəd bu təşkilatları nüfuzdan salmaqla cəmiyyətdə söz azadlığını boğmaq və ictimai rəyə nəzarəti bərqərar etməkdir.

Rusiya qanunvericiliyi “xarici güc” və “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” terminlərinin yaradılmasını nəzərdə tutur. Bu termin və xüsusi yaradılmış reyestr ölkədə Avropa dəyərlərinin, insan haqlarının və demokratiyanın inkişafı üçün çalışan bütün təşkilatları birləşdirəcək.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google