Olaf Şolts aprelin 12-də İrakli Kobaxidze ilə görüşəcək
Almaniya Federal Kanslerinin ofisi Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Almaniyanın federal kansleri Olaf Şolz arasında görüş barədə rəsmi məlumat yayır.

Almaniya Federal Kansler İdarəsinin veb səhifəsində dərc olunan məlumatda qeyd olunur ki, Olaf Şolz Gürcüstanın Baş nazirini Federal Kanslerdə hərbi şərəflə qəbul edəcək.

“2024-cü il aprelin 12-də Federal Kansler Olaf Şolz Federal Kanslerdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hərbi şərəflə qəbul edəcək.

Görüşdə müzakirə olunacaq əsas mövzular ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, Avropa və təhlükəsizlik siyasəti məsələləri olacaq”,
– deyə yayılmış məlumatda bildirilir.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google