İrakli Kobaxidze: Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək
İrakli Kobaxidzenin sözlərinə görə, Tbilisinin Vaziani şəhərində yeni beynəlxalq hava limanı tikiləcək.

Baş nazirin sözlərinə görə, aprelin 6-da İqtisadi Şuranın iclası keçirilib və bu iclasda sözügedən qərar qəbul edilib.

“Bu gün hava limanının tutumu təxminən 4,5 milyon sərnişindir. Bilirsiniz ki, bizdə turizm sahəsində çox müsbət dinamika var. Gələcəkdə də ziyarətçilərin sayında sürətli və ardıcıl artım gözlənilir ki, bu da infrastruktur tərəfindən dəstəklənməlidir”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, mövcud hava limanının genişləndirilməsinin dəyəri 900 milyon dollar, yeni binanın qiyməti isə 1 milyard 260 milyon dollar olacaq.

İrakli Kobaxidze həmçinin bildirib ki, genişləndirmə ilə sərnişin axınını 15 milyona çatdırmaq mümkün olacaq, yeni hava limanı isə 19 milyon sərnişini qəbul edə biləcək.

“Gələn il layihələndirmə və tender prosedurları başa çatacaq və bundan sonra, bir neçə ildən sonra Tbilisidə tamamilə yeni, ultramüasir hava limanı olacaq”, - o deyib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google