Hökumət fiziki şəxslər üçün vergi amnistiyası elan etmək qərarına
gəlib.
Baş nazir İrakli Kobaxidzenin hökumətin iclasında bildirdiyiə görə,
müvafiq qanunun qəbulu nəticəsində 145 min fiziki şəxsin 590 milyon
lari məbləğində vergi borcu silinəcək.
Kobaxidze qərarın hazırlanmasına görə maliyyə nazirinə təşəkkür
edib.
“Biz İqtisadi Şuranın iclasında fiziki şəxslərin vergi
borcunun silinməsi ilə bağlı qərar qəbul etdik.
Vergi borcu olan çoxlu sayda fiziki şəxslər var. Buna görə də onlar
iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Ona görə də
borcları silmək qərarına gəldik. O cümlədən, bütün fiziki şəxslər
və fərdi sahibkarlar 2021-ci il yanvarın 1-dək yaranmış və
ödənilməmiş tanınmış vergi borcları, onlara hesablanmış vergilər də
daxil olmaqla tam silinəcək.
145 min həmvətənimiz iqtisadi həyatda fəal iştirak etmək imkanı
əldə edəcək ki, bu da iqtisadiyyatın inkişafına kömək
edəcək”, - deyə İrakli Kobaxidze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.