Tbilisi Şəhər Məhkəməsi ötən il “xarici agentər haqqında” qanun
layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış yeganə
etirazçı ilə bağlı yekun qərarını bəyan edib.
Məhkəmə 23 yaşlı Lazare Qriqoriadisə 9 il həbs cəzası verib. O,
2023-cü il 7-9 mart tarixlərində baş vermiş etirazlar zamanı polisə
“Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda
ittiham edilib. Hakim Zviad Şaraşadze onu hər iki ittiham üzrə
müqəssir hesab edib.
Qriqoriadisin ailə üzvləri əfv üçün dərhal Prezident Salome
Zurabişviliyə müraciət edəcəklərini bildiriblər. Gürcüstanın bəzi
vətəndaş cəmiyyəti fəalları hökmün Tbilisidə gələn həftədən
etibarən planlaşdırılan nümayişlərdən əvvəl verilməsinin
məqsədyönlü olduğunu bildiriblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.