Kərəmov uşaq bağçalarında olan problemləri etiraf edir və vəziyyətin yaxşılaşacağı anonsunu verir

İsti suyun olmaması, unitaz problemi, döşəmədə qalxmış mismarlar – bunlar Marneuli bələdiyyəsinin 1 saylı, “Tut bağında” yerləşən bağçasında ümumi nəzarətdən sonra aşkarlanan əsas problemlərdir.


Mövcud probelmləri Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov da təsdiqləyir və bizimlə söhbət zamanı deyir ki, Tut bağında bunlardan əlavə otaqların sayının az olması da problemdir. Buna görə müxtəlif yaş qruplarında olan uşaqlar birgə qalır. O, izah edir ki, bu baxımdan işlər gedir və tezliklər Tut bağında yeni bina tikiləcək.

“Yalnız infrastruktur problemləridir və onlar da həll olunacaq. Hələ bizim büdcə ilə aktivləri artırmaq olmaz. Bunu bələdiyyə etməlidir və bələdiyyənin şəhərcikdə yeni bağın tikilməsi planı var” – Zaur Kərəmov deyir.

Kərəmovun sözlərinə görə, Marneuli miqyasında bir neçə bağçada infratsruktur problemləri var və antisanitariyanı tamamilə istisna edir.

“Antisanitariya problemimiz yoxdur. Həmişə çalışıram ki, uşaqlar üçün təhlükəli olan vəziyyət yaranmasın” – Zaur Kərəmov deyir.

Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov yetərli sayda olmayan uşaq bağçalarını ən böyük problemlərdən biri kimi qeyd edir. Ona görə də bu il qruplar yalnız 30%-ə qədər dolub.

“Çox kəndlərdə uşaq bağçası yoxdur və Araflıdan, İmirdən, Bəylərdən uşaqlar Saimerloya, Sereteliə və ya şəhərə gəlirlər. Bu bizim üçün böyük problemdir. Düşünürəm ki, 2-3 ilə bu problemlər həll olunacaq” - Kərəmov deyir.

Kərəmovun sözlərinə görə Marneuli bələdiyyəsinin Şulaveri kəndində yaxın gələcəkdə yeni, müasir standartlara cavab verən bağçanın tikintisi planlaşdırılır və bağça 5 qrup üçün nəzərdə tutulacaq. Marneuli miqyasında indiki mərhələdə 14 uşaq bağçası fəaliyyət göstərir.

 

 

Print Email
FaceBook Twitter Google