Qızılhacılı bağçasında işlərin başa çatması üçün elan edilmiş tender üçüncü cəhddə də baş tutmayıb
Marneuli bələdiyyəsinin Qızılahcılı kənd bağçası ilə bağlı elan edilmiş tender üçüncü cəhddə də baş tutmayıb. Yerli özünüidarə məktəbəqədər təhsil müəssisəsinin qalan işləri və bağçanın həyətinin abadlaşdırılması işləri üçün dördüncü dəfə tender elan edib. Tender 6 sentyabr tarixində elan olunub.

Təxminən iki ildir ki, məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır. Marneuli Uşaq Bağçaları Birliyi yeni tədris
ilini Qızılhacılının təmir edilmiş bağçasında qarşılayacaqlarını düşünürdü, ancaq hazırda bağçanın açılış tarixi məlum deyil.

Marneuli meriyası Qızılhacılı bağçasının bərpasına 478 909 lari xərcləməyi planlaşdırır. Tenderdə iştirak etmək istəyən şirkətlər 22-25 sentyabr tarixlərində təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 180 gün ərzində işləri təhvil verməlidir.

Sənədə əsasən, qeyd olunan vəsaitlə Qızılhacılı bağçasında dəmir hasarın və darvazanın qurulması planlaşdırılır. Həyətdə kanal, bordürlər, dekorativ daşlarla cığırlar, yaşıllaşdırma və s. həyata keçiriləcək.

Vəsaitin 24%-i mərkəzi, 76% isə yerli özünüidarə tərəfindən maliyyələşdirilir.

Print Email
FaceBook Twitter Google