2023-cü ilin Milli Müəllim Mükafatının sahibi Nino Psuturi olub
5 oktyabr beynəlxalq müəllimlər günündə 2023-cü ilin Milli Müəllim Mükafatının sahibi müəyyən olunub.

İlin müəllimi Nino Psuturi elan olunub. O, Qorinin 8 saylı ictimai məktəbinin biologiya müəllimidir.

Milli Müəllim Mükafatının sahibi 15 min lari ilə mükafatlandırılıb. Həmçinin, onun Qlobal Müəllim Mükafatı müsabiqəsində də iştirak etmək imkanı var.


Beşliyə düşən pedaqoqların hər birinə 5 min lari, onluğun üzvü olan pedaqoqların hər birinə isə 2 min lari pul mükafatı veriləcək.

Milli Müəllim Mükafatının finalında bu il iştirak edənlər:

Kamran Əfəndiyev – Marneuli bələdiyyəsinin Xocorni kənd ictimai məktəbinin riyaziyyat müəllimi.

İna İmedaşvili – Tbilisi UG məktəbinin ibtidai sinif və gürcü dili və ədəbiyyatı müəllimi

Marine Kvaratsxelia – Tsalencixa bələdiyyəsinin Eqnate Pipia adına Çkvaleri ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimi.

Nino Niparaşvili – Kaspi bələdiyyəsinin “Besik Niparaşvili” məktəb-gimnaziyasının vətəndaş təhsili müəllimi.

Milli Müəllim Mükafatı 2017-ci ildə təsis edilib. İlk finalçı Çibati məktəbinin müəllimi Lado Apxazava olub.

Milli Müəllim Mükafatını Gürcüstanda “Təhsil Koalisiyası” təsis edib və o müəllimlərin populyarlaşdırılmasına istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“-ın bir hissəsidir.

Bu il Milli Müəllim Mükafatının sahibi olan müəllimlər Ukraynalı həmkarlarına həmrəylik məqsədi ilə video çarx da hazırlayıblar. Onlar video çarxda Rusiya aqressiyasını qınayır və Ukraynaya sülh, qələbə arzu edirlər.

Milli Müəllim Mükafatına İnavadze-Patarkatsişvili Fondu və İlia Universiteti maliyyə dəstəyi göstərir, həmçinin, başqa ianəçilər də var.

Print Email
FaceBook Twitter Google