“Düşünürəm və mənə də maraqlıdır niyə məni direktorluğa namizəd olaraq təqdim etməyiblər” - Qiorqi Çauçidze
“Milli Müəllim Mükafatı 2019-“un qalibi Qiorqi Çauçidze direktorluğa namizəd olaraq təqdim olunmayıb. Komissiya istənilən üç ictimai məktəbdən (Tbilisi, Çiatura, Marneuli) onun namizədliyini heç bir məktəbin Qəyyumlar Şurasıa təqdim etməyib. Bunlar ölkə miqyasına sertifikatlaşdırlımış direktorlar problemi olduğu halda baş verir. Qiorqi Çauçidze deyir ki, onun üçün prioritetli Marneuli şəhəri 2 saylı ictimai məktəbi idi. İllərdir bu məktəbdə işləyib və öz təcrübəsini direktor vəzifəsində bölüşmək istəyirdi.

“Direktorluğun əsas məqsədi kifayət qədər uzun müddətlik fəaliyyətim nəticəsində topladığım təcrübəni bölüşmək və məktəbdə tətbiq etmək idi. Öz ideyalarımı həyata keçirmək istəyirdim”.

Qiorqi Çauçidzde bildirir ki, onun namizədliyini məktəb direktorluğuna niyə təqdim etmədiklərini bilmir. Ancaq bunun səbəblərindən birinin onun siyasi baxışlarının ola biləcəyini də istisna etmir.

“Düşünürəm və mənə də maraqlıdır niyə məni direktorluğa namizəd olaraq təqdim etməyiblər. Bilmirəm, yayılmış fikir belədir ki, bildiyiniz kimi mən müxalifət partiyası “Qirçi”-nin üzvüyəm. Ola bilsin bununla əlaqədardır, ola bilsin heç əlaqəsi yoxdur. Kimsə səbəbi deməlidir. Mən sadəcə komissiya üzvlərindən nəisə soruşmaq ya tanıdıqlarıma yazmaq istəmirəm ki, niyə belə qərar qəbul edibsiniz. Mənim müəyyən fikirlərim var ki, həmin komissiya üzvlərinin də qərar qəbul etmək üçün tam hüququ yox idi. Mənim fikrimcə buraya başqa adamlar da qoşulmuşdu və onların əvəzinə qərar qəbul edirdilər. Bunda yalnız Təhsil Nazirliyini nəzərdə tutmuram. Müəyyən tapşrııqlar verən müxtəlif qurumları deyirəm”.

Təhsil Nazirliyi Gürcüstan miqyasında 927 məktəbə direktorluğa namizəd təqdim edib. Məktəblərin əsas hissəsində bir namizəd təqdim olunub.
Təhsil Nazirliyi söhbətin nəticələrini 5 oktyabrda ictimailəşdirib və ictimai məktəbin Qəyyumlar şurasına seçim üçün təqdim olunacaq direktoruğa namizədlər, müvafiq məktəblərin siyahısı təqdim olunub. Siyahıya əsasən Marneulinin yalnız 8 məktəbində direktor seçimləri keçiriləcək.

Nazirliyin Məktəbəqədər və Ümumtəhsil İnkişaf Departamenti seçilmiş namizədlərin siyahısının təsdiqlənməsindən 5 gün ərzində müvafiq ictimai məktəbin Qəyyumlar Şurasına namizədin seçim üçün təqdim olunmasını təmin edəcək. Müvafiq ictimai məktəbin Qəyyumlar Şurası 5 gün ərzində, təqdim edilmiş namizədlərdən 6 il müddətinə direktorlar seçəcək.

Direktorluğa namizədlər öz proqramıarını ictimai iclasda Qəyyumlar Şurasına təqdim edəcəklər.

Print Email
FaceBook Twitter Google