Niyə uşaq “arvad” deyil – qanunvericilik tənzimləmələri və yaranmış təcrübə
Niyə uşaq “arvad” ola bilməz – uşaqlıqdan məhrum edilmə, mental və fiziki sağlamlıq problemləri, maddi asılılıq və ölüm təhlükəsi. Bu erkən yaşda nikahın və uşaqların zorla evləndirilməsinin yarada biləcəyi nəticələrin kiçik siyahısıdır.

“Bu gün, zorla evləndirmə halları xüsusilə, azərbaycanlı icmada yayılıb. Bu ona görə, baş verir ki, dövlət bu hadisələrə göz yumur. İnsanlar cəzalandırılmır. Cəzalandırılsa bu cinayət də adi şəkildə olmayacaq”, – Qadın hüquqlarının müdafiəçisi Baia Pataraia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib.

Pataraia erkən yaşda nikah, Gürcüstan qanunvericiliyindəki çatışmazlıqlar, erkən nikah və 16 yaşa çatmamış şəxslərlə cinsi əlaqə qurma zamanı dövlət təcrübəsi necədir, nələr dəyişməlidir kimi mövzulardan söhbət açıb.

Kim uşaq hesab olunur və erkən yaşda nikah nədir?

Gürcüstan qanunvericiliyi ilə nikah yaşı olaraq 18 yaş müəyyən edilib. Əgər 18 yaşa çatmamış şəxsə toy olubsa o, artıq erkən nikah sayılır və qanunla cəzalandırılır.

“Digər mühüm qanunvericilik 16 yaşa çatmamış şəxslə cinsi əlaqənin qadağan edilməsidir. Bunu pedofiliya da adlandıra bilərik. Həddi-büluğa çatmış şəxs 16 yaşa çatmamış şəxslə cinsi əlaqə qurarsa o, cinayət törətmiş şəxsdir. Ona görə də erkən nikahdan danışan zaman və bəzən uşaq evliliyi terminindən istifadə edirik, burada mühüm olan yaşdır. Əgər şəxs 16 yaşa çatmayıbsa və evlənirsə, aydın məsələdir ki, evlilik cinsi əlaqəni nəzərdə tutur, burada artıq cinayət işinin yeri var. Ancaq 16-dan 18 yaşa qədər şəxs nikaha girirsə, dövlət bunu evlilik olaraq qəbul etmir. Çünki dövlət evlilik kimi ciddi qərarın yetkinlik yaşına çatmış şəxslər tərəfindən qəbul olunmasını deyir”, – Baia Pataraia bildirir.

Gürcüstan qanunvericiliyi ilə qızların zorla (sövdələşmə) ərə verilməsi və qızların qaçırılması cəzalandırılır.

Pataraianın sözlərinə görə, Gürcüstanda qızların erkən yaşda zorla evləndirilməsi də tez-tez baş verir.

“Eləcə də Gürcüstanda zorla evlilik və yetkinlik yaşına çatmamış şəxslərin zorla evləndirilməsi qadağan olunur. Hələ ki, dövlət nikah yaşını müəyyən edirsə, 18 yaşdan aşağı xüsusuilə qızlarla bağlı problemlərimiz var. Əksər hallarda bu məcburi nikahdır, yəni sövdələşmə ilə nikah, ailələr qərar qəbul edirlər. Bu zaman azyaşlı qərar qəbul edə bilməz, nə də etmir, amma onun ailəsi qərar verir və əksər hallarda bu məcburi qəbul olunan qərardır. Çox sayda real faktlar var ki, azyaşlının başqa maraqları var, o, evlənmək istəmir. Misal üçün, təhsilini davam etdirmək istəyir ya başqa planları var. Amma ailə belə qərar verir. Aydındır ki, bu məcburi evlilikdir. Bu hüquqi evlilik də deyil, Gürcüstanda belə problemlər var və realdır”

Baia Pataraianın sözlərinə görə, Gürcüstanda daha bir hüquqi tənzimləmə var və bu qız qaçırma ilə əlaqədardır.

“Gürcüstan qanunvericiliyində nikah məqsədi ilə qız qaçırma kimi maddə yoxdur. Hər hansı qaçırma azadlıqdan qanunsuz məhrum etmə hesab olunur və kifayət qədər ağır cəzalandırılır, heç bir yüngülləşdirmənin təsiri yoxdur, heç kim evlilik məqsədi ilə kimisə qaçırmasına görə özünə haqq qazandırmasın. Bu çox ağır cinayətdir və bu cinayətə qarşı tolerantlıq sıfır olmalıdır”,
– Baia Pataraia bildirir.

Erkən nikah uşaqlara hansı problemləri yaradır?

Qadın hüquqlarının müdafiəçisi Baia Pataraia erkən yaşda nikah qurbanı olan uşaqların qarşılaşdığı problemlərdən söhbət açıb. Onlar təhsil ala bilmirlər, karyerada inkişaf etməkdə, işləməkdə maneçilik yaranır, ağır sosial, sağlamlıq problemləri baş verir.

“Əksər hallarda erkən yaşda nikah qurbanının iqtisadi baxımdan tamamilə, həyat yoldaşı adlandırdıqları zorakı şəxsdən asılı olmasına görə, müxtəlif növ zorakılıq halları tez-tez baş verir. Əksər hallarda özünü xilas etmək imkanı olmayan, zorakılıqdan qurtula bilməyən şəxslər zorakılıq qurbanı olurlar. Eləcə də sağlamlıq baxımından, xüsusilə də hamiləlik baş verərsə problem yaranır. Yetkinlik yaşına çatmamış dövrdə qızlar hamiləlikdə çox çətinlik çəkirlər və doğuş, reproduktiv sağlamlıqda bir sıra problemlərə səbəb olur. Əlbəttə, bunların hamısının psixoloji sağlamlıq hissəsi də var. Məcburi nikah halında bizdə həmişə zorlama – razılıq olmadan cinsi əlaqə olur. Ancaq bizim ədalət sistemi bunu demək olar heç vaxt görmür”, – Baia Pataraia bildirir.

Dövlət təcrübəsi və nəzərə çarpmayan cinayətlər.

Hüquq müdafiəçisinin sözlərinə görə, ədalət sistemində qadın və qızlara qarşı diskriminasiya var. Bu gender həssaslığının azlığından yaranıb, eləcə də dövlət cinsi cinayətləri görmür. O, bildirir ki, dövlət siyasəti, qanunvericilik cinsi cinayətlərlə bağlı problemlidir və dəyişdirilməlidir.

“Qanunvericiliyimizdə də səhvlər var. Cinsi cinayətlərdən danışanda misal üçün, 16 yaşa qədər şəxsin könüllü şəkildə cinsi münasibətinin olduğu təsdiqlənərsə, artıq yüngül cinayətdir və əksər hallarda prosessual razılaşma baş tutur. Uşaq evliliklərində həmişə belə maddələrə rast gəlirik. Beynəlxalq standarta görə, 16 yaşa qədər şəxslə hər hansı cinsi əlaqə avtomatik olaraq zorlama hesab olunmalıdır. Çünki bu halda uşaq yetkinlik yaşına çatmış şəxslə əlaqəyə razılığını ifadə etmək üçün çox kiçikdir. Yəni avtomatik olaraq zorlama hesab olunmalıdır. Amma bizim qanunvericiliyə görə, hesab olunmur və bunun üçün çox yüngül maddə düşünülüb. Bu bizim qanunvericiliyin çatışmazlığıdır və bütün beynəlxalq təşkilatlar bunu deyir ki, bu maddə dəyişdirilməlidir. Ümumiyyətlə, cinsi cinayətlərdən danışırıqsa, bır sıra islahatar aparılmalıdır”.

14 yaşlı Aytacın işi – erkən yaşda nikah təcrübəsinin dəyişdirilmək imkanı

6 oktyabrda Saqareco bələdiyyəsinin Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı 27 yaşlı Asim Aslanov öldürüb. Asim Aslanov azyazşlı Aytacı evlənmək məqsədi ilə qaçırıb. Azyaşlı bu il 9-cu sinifdə getməli idi. O, Dmanisidən, Uzunkənddən idi, məktəbə isə Yuxarı Qarabulağa gedirdi.

Polis Aytacın ölümünə görə, onun “əri”-ni 10 oktyabrda, dörd günlük axtarışdan sonra saxlayıb. Asim Aslanova həbs cəzası verilib və azyaşlı ailə üzvünü qəsdən, gender əlaməti ilə öldürdüyünə, qanunsuz odlu silah daşıdığına görə, ittiham olunur.

Qətldən əlavə məhkəmə Aytacın anası və dayısına da həbs cəzası verib. Onlar nikaha məcbur etmək və cinayət haqqında məlumat verməməkdə ittiham olunublar.

Qadın hüquqları müdafiəçisi Baia Pataraianın sözlərinə görə, Aytacın ölümü göstərdi ki, ictimaiyyət hakimiyyətə daha ciddi tələblər qoya bilər. Bu şəkildə erkən nikahla daha effektiv mübarizə aparacaqlar.

“Mən xatırladım ki, ümumilikdə 20-25 il əvvəl etnik gürcülərdə evlənmək məqsədi ilə qız qaçırtmaq halları tez-tez baş verirdi. Ancaq bu təcrübə adi şəkildə aradan qaldırıldı. Çünki ciddi cəzalandırma başladı və polislər bu cinayətə göz yummadılar. Bu gün məcburi nikahların xüsusilə azərbaycanlı icmada yayılmasının səbəbi dövlətin buna göz yummasıdır. İnsanlar cəzalandırılmasa, belə edilsə, cinayət adətən aradan qalxar, çünki tariximiz göstərir ki, qanun tətbiq olunarsa, cəmiyyət asanlıqla öz davranışını dəyişəcək və bu tip cinayətlərdən imtina edəcək. Bu bir hadisə dövlətin indiyə qədər daha sərt mövqe tutduğu məsələ olaraq görünür, amma mən şəxsən məktəb rəhbərliyinin və bu cinayətin baş verdiyini bilən, lakin heç kimə xəbər verməyən və qarşısını almayan dövlət məmurlarının məsuliyyətini görməyənə qədər, dövlətin bu işi vicdanla araşdırdığını deyə bilmərəm. Bizdə bu problem ona görə yaranır ki, polis və prokurorluq çağırışa səviyyəsində durmur, azərbaycanlı qızlara qarşı törədilən cinayətlərə göz yumur və bu sistemli ayrı-seçkilikdir, dövlət səviyyəsində ayrı-seçkilikdir”.

Pataraianın sözlərinə görə, hüquq mühafizə qurumlarının qızlara qarşı istiqamətlənmiş cinayətə göz yummaması mühümdür və effektiv olaraq reaksiya göstərməyə başlamalıdırlar.

“Bu gün azərbaycanlı icmasında cəzalandırılmamaq sindromu ona görə var ki, real olaraq heç kimi cəzalandırmırlar və əhali illüziyaya düşür ki, bu yolveriləndir, ona görə də edirlər”, – Baia Pataraia bildirir.

Gürcüstan Daxili İşlər Naziriyinin məlumatına görə, 2020-ci ildə azyaşlı ilə güman edilən nikah motivi ilə törədilmiş təxminən 134 cinayətdən, 2021-ci ildə təxminən 212, 2022-ci ilin 6 ayında ( 1 yanvardan 30 iyuna qədər) – təxminən 61 cinayət işi ilə bağlı istintaqa başlanılıb.

Əsas şəkil: Samirə Bayramovaya

Print Email
FaceBook Twitter Google