Marneuli məktəblərinin yeni seçilmiş direktorları
Marneuli məktəbərində direktor seçkiləri başa çatıb. Yerli Resurs Mərkəzin rəhbər səlahiyyətlərini icra edən Əli Qəhrəmanovun sözlərinə görə, Marneuli məktəblərinin Qəyyumlar Şurası Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş 8 namizədin hamısını seçiblər. 8 direktordan əksəriyyəti ikinci müddətə seçilib.

6 il ərzində Marneulinin 8 məktəbinə rəhbərlik edəcəklər:
  • Marneuli şəhər 1 saylı ictimai məktəbinin direktoru – Ketevan Merabişvili
  • Marneuli şəhər 2 saylı ictimai məktəbin direktoru – Şorena Xuxua
  • Marneuli şəhər 5 saylı ictimai məktəbin direktoru – Lela Xarşiladze
  • Marneuli şəhər 6 saylı ictimai məktəbin direktoru – Murad Maisuradze
  • Marneuli bələdiyyəsinin Şulaveri kənd 2 saylı ictimai məktəbin direktoru – Tükəzban Fəttahova
  • Marneuli bələdiyyəsinin Tamarisi kənd 1 saylı məktəbinin direktoru – Mağvala Xaraişvili
  • Marneuli bələdiyyəsinin Yeni Dioqnisi kənd məktəbinin direktoru – Natia Putkaradze
  • Marneuli bələdiyyəsinin Kəpənəkçi kənd məktəbinin direktoru – Avtandil Əfəndiyev
Qeyd edək ki, 8 məktəbin hər birində direktorluğa yalnız bir namizəd təqdim olunmuşdu. Marneuli məktəblərdə yalnız bir namizədin təqdim olunduğu yeganə bələdiyyə deyil.

Gürcüstan miqyasında eyni vəziyyətdir. Bu isə direktor olmaq istəyi olanların narazılığına səbəb olub.

Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb var. 66 məktəbə yenidən səlahiyyətləri icra edən şəxslər rəhbərlik edəcəklər.

Print Email
FaceBook Twitter Google