Marneulinin 2024-cü il büdcəsinin yeni layihəsində təhsil istiqamətində vəsait azalıb
Marneuli meriyası 2024-cü ilin büdcəsində təhsil istiqaməti üçün 4 922 000 lari nəzərdə tutub.

Büdcə layihəsinə görə, vəsait ötən illə müqayisədə azalıb. 2023-cü ildə yerli özünüidarə təhsil sahəsinə 7 417 500 lari ayırmışdı.

2024-cü il büdcə layihəsinə görə, vəsait məktəb və məktəbəqədər təhsil üçün belə bölünüb:
  • Məktəbəqədər təhsil – 4 850 000 lari
  • Ümumi təhsil - 72 000 lari
Vətəndaşlar büdcə ilə bağlı qeydlərini 2023-cü ilin 25 noyabr tarixində qədər təqdim edə bilərlər. Marneuli Bələdiyyə Məclisi 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi haqqında məlumat verib.

Məlumata görə, vətəndaşlar layihə ilə bağlı qeydləri Bələdiyyə Məclisinə CLOAKING elektron poçtuna göndərməlidirlər, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirməlidirlər: Marneuli şəhəri, Rustaveli küçəsi 73, I mərtəbə, vətəndaşlar üçün şöbə.

Büdcənin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində Marneuli meriyasında baş tutub. İctimai müzakirədə maraqlanan hər bir kəs iştirak edə bilər.

Print Email
FaceBook Twitter Google