Qiorqi Amilaxvar Azərbaycanın elm və təhsil nazirinin müavini ilə işgüzar görüş keçirib
Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr tarixində Tbilisidə Gürcüstanın təhsil və elm naziri Qeorqi Amilaxvari ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Print Email
FaceBook Twitter Google