“SOCAR” tələbələri üçün “Mükafat Proqramı” elan edib
Azərbaycan Dövlət Neft Şirkəti “SOCAR” Gürcüstanın ali təhsil ocaqlarında oxuyan tələbələri üçün “Mükafat Proqramı” elan edib. Proqramın əsas məqsədi tələbələrin təhsil səviyyəsinin artmasına və əlavə stimul verilməsidir.

Tələbələr üçün nəzərdə tutulmuş myscholarship.ge-dən “Marneuli” radiosuna verilən məlumata görə, “Mükafat Proqramı” 2022-2023-cü tədris ili nəticələrinə əsasən ümumi orta balı 95 baldan yüksək olan tələbələri əhatə edəcək.
“SOCAR”-ın elan etdiyi mükafat proqramının şərtləri:
  • Gürcüstan Dövlət Ali Təhsil Müəssisələrinin 1-6-cı kurs tələbəsi olmaq (gürcü dili üzrə hazırlıq kursu tələbələri daxil deyil),
  • Ümumi orta balı 95-dən yüksək olması,
  • Dəvət edildiyi təqdirdə mükafatlandırma mərasimində iştirak etmək.
Proqramda iştirak etmək istəyən tələbələr müraciət etdikləri zaman onlardan orta ballarını təsdiq edən “Qiymət vərəqəsi” və “Bank hesab nömrəsi” tələb ediləcək. Ona görə də bunu nəzərə alınmalıdır və sənədləri əvvəlcədən hazırlanmalıdır.

Mükafat Proqramında iştirak etmək istəyən tələbələr “https://myscholarship.ge” saytı vasitəsilə 1-11 dekabr tarixlərində müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, “Mükafat Proqramı”nda təhsillərinə ödənişsiz əsaslarla davam edən tələbələr də iştirak edə bilərlər.

Print Email
FaceBook Twitter Google