Marneulinin 31 məktəbi odun sobası ilə isidilir
Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən 31 məktəb soba ilə isidilir. Yerli Resurs Mərkəzin rəhbər səlahiyyətlərini icra edən Əli Qəhrəmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, təhsil müəssisələrinə artıq yanacaq materialı verilib.

“Bütün məktəblər yanacaq briketlərlə təmin olunub. Bu il yanacaq materialı “Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi” tərəfindən alınıb. Tender elan etmişdilər və qalib gələn şirkətdən alıblar.”

“Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyi” Kvemo Kartli məktəbləri üçün 734,5 ton briketi 1 088 529 lariyə alıb. Onlar arasında Marneuli bələdiyyəsinin qeyd olunan məktəbləri yer alıb:
  • Marneuli bələdiyyəsinin Baytallı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Xocorni kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Qiulbağ kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Təzəkən 1 saylı ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Keşəli kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Dəmyə kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Qızılhacılı 2 saylı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Əzizkənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Tserakvi kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Ağməmmədli kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Beytarabçı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Araflı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Sadaxlı kənd 1 saylı ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 saylı ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Kirəç-Muğanlı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Kosalı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Böyük Muğanlı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Baydar kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Ulaşlı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Opreti kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Sioni kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Ağkula kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Qullar kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Algeti 3 saylı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Ağkörpü kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Şaumyan 1 saylı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Aşağı Saral kənd ictimai məktəbi
  • Marneuli bələdiyyəsinin Axlılələ kənd ictimai məktəbi

Print Email
FaceBook Twitter Google