Marneulidə məktəblilər arasında “Heydər Əliyev 100” adlı bilik yarışması keçirilib
3 dekabr tarixində Marneulidə məktəblilər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100” adlı bilik yarışması keçirilib. “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən yarışda Marneuli, Qardabani, Bolnisi, Dmanisidən olan 20 komanda və ümumilikdə simvolik olaraq 100 nəfər məktəbli iştirak edib.

Yarış 2 mərhələ üzrə keçirilib. İlk mərhələ komandalar arasında keçirilib və hər yarış sonunda 2 ən çox bal toplayan komanda finala yüksəlib. Final mərhələsində isə 6 komanda yarışıb və qaliblər müəyyən edilib.

Aşağıdakı məktəblər yarışda qalib gəliblər:
  1. Böyük Muğanlı kənd məktəbi
  2. Marneuli şəhəri 3 saylı ictimai məktəb
  3. Candar kənd məktəbi
Bilik yarışmasında iştirakçılar Heydər Əliyev haqqında, tarix, ədəbiyyat, coğrafiya, incəsənət və idman kateqoriyalarına uyğun 100-dən çox sualları cavablandırıblar.

Yarışda iştirak edən hər bir iştirakçıya sertifikat, hədiyyə olaraq məktəb çantası, şahmat, məktəb şagirdinə lazım ola biləcək dəftərxana ləvazimatları təqdim edilib. Qalib komandalara isə qazandıqları yerdən asılı olaraq hədiyyələr təqdim edilib.

Print Email
FaceBook Twitter Google