Kvemo Kartli Epiqrafik Korpusu - kitabın bir nüsxəsi Marneuli kitabxanalarına verilib
Marneuli bələdiyyə miqyasındakı İctimai Kitabxanalara “Kvemo Kartli Epiqrafik Korpusu” kitabı veriləcək. Marneuli meriyası 4 noyabr tarixində, kitabın təqdimatı zamanı kitabın bir nüsxəsinin kitabxanalara verilməsi haqqında məlumatı verib.

“Marneuli şəhərinin İctimai Kitabxanasında Şota Rustaveli Milli Elmi Fondu tərəfindən maliyyələşdirilmiş “Kvemo Kartli Epiqrafik Korpusu”-nun təqdimatı keçirilib. Təqdimatı layihənin rəhbəri və kitabın müəllifi Tamaz Qoqoladze edib.

“Kvemo Kartli Epiqrafik Korpusu” Marneuli, Bolnisi və Tetritskaro rayonlarının 200-ə yaxın daş üzərində yazı haqqında tarixi məlumatını əhatə edir”,
– Marneuli meriyasının məlumatında qeyd olunub.

Marneuli miqyasında ümumilikdə 5 İctimai Kitabxana fəaliyyət göstərir. Onlardan biri Marneuli şəhərində, dördü isə Marneulinin Tsereteli, Sioni, Şaumyan və Sadaxlı kəndlərində yerləşir. İstəyi olanlar kitabı 5 kitabxananın hər birindən əldə edə bilərlər.

Kitabın təqdimatında Kvemo Kartli müvəkkilinin müavini Kaxa Koberidze, Marneuli bələdiyyə merinin müavini Temur Şubitidze, Kvemo Kartli Bölgə Aparatının Yerli Özünüidarə Orqanları ilə Əlaqələr Xidmətinin rəhbəri Levan Jvania, Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili, meriyanın Təhsil, İdman və Gənclər Şöbəsinin rəhbəri Elquca Kupatadze, pedaqoqlar, şagirdlər iştirak ediblər.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi kitab təqdimatı haqqında ictimai məlumat yayımlamayıb.

Print Email
FaceBook Twitter Google