Marneuli məktəblərində qış tətili nə zaman başlayacaq
Marneuli bələdiyyəsinin ictimai məktəblərində qış tətili bir neçə həftəyə başlayacaq. Resurs Mərkəzin direktor səlahiyyətlərini icra edən Əli Qəhrəmanov bildirir ki, bələdiyyənin ictimai məktəblərinin əksəriyyətində yeni il tətili 29 dekabr tarixindən başlayacaq.

Həftədə 6 gün, yəni şənbə günləri də fəaliyyət göstərən məktəblər isə 30 dekabr tarixindən tətilə çıxacaqlar.

“Bələdiyyədə bir neçə məktəbdə şənbə günləri də dərs keçirilir. Belə məktəblərin sayı çox azdır. Bu iki növbəli məktəblərdir və təhsil müəssisələrinin özü bu qərarə qəbul edib ki, şənbə günü də dərs prosesi olsun. Onlar üçün tətil 30 dekabr tarixində, digər məktəblər üçün isə 29 dekabrda başlayacaq”,
– Əli Qəhrəmanov bildirib.

Marneuli miqyasındakı ictimai məktəblərdə təhsil prosesi 15 yanvar tarixində bərpa olunacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər