“Mənim yeni ilim” – şagirdlər üçün rəsm müsabiqəsi
Marneuli Amerika Guşəsi və Marneuli İctimai Kitabxanası Yeni İl bayramı ilə əlaqədar “Mənim yeni ilim” adlı rəsm müsabiqəsi elan edir.

Marneuli ictimai məktəblərinin 10 yaşdan 18 yaşa qədər olan şagirdləri müsabiqədə iştirak edə bilərlər.

Əsas qiymətləndirmə meyarları:
  • - Müsabiqənin mövzusuna/məqsədlərinə uyğunluq;
  • - Rəsmlərin innovativliyi/yaradıcı yanaşma.
  • - Rəsm ən az A3 format kağız ölçüsündə, qələmlə, quaşla, akvarel və ya təbii materiallarla çəkilməlidir.
  • - Bir iştirakçı yalnız bir iş göndərə bilər;
  • - Gec göndərilən rəsmlər qəbul olunmayacaq;
  • - Müsabiqə iştirakçısı mütləq ad və soyadını, məktəbi/sinfi və telefon nömrəsini qeyd etməlidir.
“Xahiş edirik, rəsmlərinizi Marneuli Amerika Guşəsinə və ya İctimai Kitabxanaya gətirəsiniz. Rəsmlər 22 dekabra qədər təqdim olunmalıdır. Ünvan: Marneuli şəhəri, Rustaveli 71b (Marneuli Kitabxana binası). Müsabiqə çərçivəsində üç ən yaxşı işin müəllifi seçiləcək və onlara simvolik mükafatlar təqdim olunacaq”, – Marneuli Kitabxanası yazır.

Əlaqə üçün məlumat:

Əlavə məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya 577 59 07 67 və ya CLOAKING elektron poçt ünvanına yaza bilərsiniz.: 

Print Email
FaceBook Twitter Google